AZ

Bu ölkədə parlament yenə buraxıldı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Küveyt Əmiri Şeyx Meşal əl-Əhməd əl-Cabir əs-Sabah yenə parlamenti buraxıb.

Axar.az xəbər verir ki, bu barədə özü açıqlama yayıb.

“Biz parlamentin buraxılması və konstitusiyanın bəzi maddələrinin 4 ildən çox olmayan müddətə dayandırılması barədə göstəriş verdik. Bu müddət ərzində demokratik proseslərin bütün aspektləri araşdırılacaq. Bu, ölkəni xilas etmək və maraqlarını qorumaq üçün qəbul edilən çətin bir qərardır. Çox təəssüf ki, ölkəmiz çətinlik və maneələrlə qarşı-qarşıyadır”, - əmir bildirib.

Qeyd edək ki, cari ilin fevral ayında Küveyt Əmiri tərəfindən parlament buraxılmışdı.

Seçilən
102
3
1

1Mənbələr

Şərh ()
Bağla