AZ

Qarabağ erməniləri polis şöbələrinə ÇAĞIRILIR

Kriminal polis idarəsinin polkovnik-leytenantı Qarabağ ermənilərini etiraz aksiyalarında iştirak etdikləri üçün şöbəyə dəvət edir.

Musavat.com xəbər verir ki, bu barədə vəkil Arsen Babayan mayın 11-də sosial şəbəkələrdə yazıb.

“Mən Ermənistan Daxili İşlər Nazirliyinin kriminal polis idarəsindən polkovnik-leytenant Qriqoryanı “Artsax” sakinlərinə bir daha zəng vurmamağa və özünün dediyi kimi, dövlət əleyhinə mitinqlərdə iştirak etmək üçün idarəyə dəvət etməməyə çağırıram. Bunu bir daha etmə. Biz bir real anti-dövlət fenomenini bilirik. Əgər anti-dövlətçiliklə məşğul olmaq qərarına gəlirsənsə, o zaman real fenomenlə məşğul ol”, – deyə o yazıb.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
musavat.com

1Mənbələr