AZ

Keşiş Baqrat erməni deputatlarla nə danışıb? - ŞOK DETAL

Dünən arxiyepiskop Baqratın Ermənistan parlamentində müxalifətdə olan fraksiyalarla ilə görüşü bir neçə dəqiqə davam edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Burada Baqrat baş nazir Paşinyanı istefaya göndərmək niyyətini açıqlayıb.

Müxalifət deputatları buna hazır olduqlarını bildiriblər və ona qanunvericilik prosedurunu izah ediblər. Bunun üçün 36 deputat imza ilə baş nazirə etimadsızlıq nümayiş etdirilməsi ilə bağlı parlamentə müraciət etməli, bu mraciətdə yeni baş nazir postuna namizədin adı göstərilməlidir. Arxiyepiskop lakonik şəkildə “Razılaşdıq” cavanını verib. Lakin görüşdə konkret hansı namizədin adının hallandığı qeyd olunmayıb.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
musavat.com

1Mənbələr