AZ

Rusiyada yataqxana binası çöküb

Rusiyada beşmərtəbəli yataqxana binasının üç mərtəbəsi çöküb.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Komi Respublikasının Peçora şəhərində baş verən hadisə zamanı zərərçəkən olmayıb. Əraziyə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub.

Binanın 14 sakini təxliyə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
12
apa.az

10Mənbələr