AZ

“Macarıstan Çinə çoxqütblü dünyanın sütunu kimi baxır“ - Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban Budapeştdə Çin prezidenti Si Cinpinlə danışıqlardan sonra jurnalistlərə bildirib ki, Macarıstan Çinin son onilliklərdə formalaşmış çoxqütblü dünyanın sütunu olduğuna inanır.

News365.az xarici KİV-ə istinbadən xəbər verir ki, Orban qeyd edib ki, dünya nizamı çoxqütblü olmaq üçün dəyişdiyi üçün son vaxtlar dünya ciddi dəyişikliklərə məruz qalıb.

"İndi bizim çoxqütblü dünyamız var və bu çoxqütblü dünyanın sütunu Çin Xalq Respublikasıdır. O, qlobal siyasətdə və iqtisadiyyatda mühüm rol oynayır", - Orban deyib.

İki ölkə arasında yaxşı münasibətlərdən danışan Orban Macarıstanın hər zaman “bir Çin” prinsipinə sadiq qaldığını xatırladıb.

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
news365.az

1Mənbələr