AZ

Peres 55 milyon avroluq ulduzun transferindən imtina etdi: “Arda Güler ​​daha yaxşıdır”

Möhtəşəm mövsüm keçirən “Real Madrid” yeni mövsüm planlaması çərçivəsində transfer etməyi planlaşdırdığı 55 milyon avroluq super ulduzdan imtina edib. Söhbət Braziliyanın ən istedadlı gənc futbolçularından biri, “Palmeyras”ın sağ cinah müdafiəçisi Estevan Villiandan gedir.

Bildirilir ki, “Real Madrid”in prezidenti Florentino Peres Arda Gülerin daha üstün olduğunu deyib.

“55 milyon avro ödəməyə ehtiyac yoxdur, Arda Güler ​​ondan daha yaxşı futbolçudur”, - deyə o qeyd edib.

Qeyd edək ki, Arda Güler mövsümün əvvəlində 20 milyon avro qarşılığında “Real Madrid”ə transfer olunub. O, La Liqada ümumilikdə doqquz oyuna çıxıb və iki qolla yadda qalıb.

Mənbə: Haber Global

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
5
oxu.az

6Mənbələr