AZ

“Komo” İtaliya A Seriyasına yüksəldi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Cümə günü İtaliya B Seriyasının cari mövsümü başa çatıb və yekunlara əsasən növbəti mövsümdə A Seriyasının iştirakçıları rəsmiləşib.

Arena.az xəbər verir ki, B Seriyasının qalibi “Parma”nın ardınca, “Komo” 2-ci yeri tutaraq, növbəti mövsümdə A Seriyasında iştirak hüququ əldə edib.

Sözügedən komanda vəsiqəsini dramatik məcrada keçmiş sonuncu, 38-ci tur çərçivəsində əsas təqibçisi “Venesiya”nın məğlubiyyəti ilə qazanıb. Komolular evdə qəbul etdikləri “Kozentsa” ilə oyunda ikinci hissədə məğlubiyyətdən qaçaraq 1:1 hesablı heç-heçə oynadıqları halda, “Venesiya” “Spetsiya” ilə səfərdə öndə olduğu oyunun ikinci hissəsində üstünlüyünü əldən verərək məğlub olub – 1:2. Bu qələbə sayəsində “Spetsiya” C Seriyasına yuvarlanmaqdan qurtulub. “Komo” isə 76 xal toplamış çempion “Parma”nın gerisində 73 xalla mövsümü 2-ci pillədə başa vuraraq, A Seriyasında yüksəlib. “Venesiya” 70 xalla 3-cü pillədə qalıb. İndi venesiyalıları A Seriyasına yeganə vəsiqə uğurnda gərgin ələmə oyunları gözləyir.

“Venesiya” ilə yanaşı B Seriyasında 4-cü yeri tutmuş “Kremoneze” (67 xal) ələmə oyunlarına yarımfinal mərhələsindən başlayacaq.

Müvafiq olaraq 5-8-ci yerləri tutmuş komandalar – “Katandzaro” (60 xal), “Palermo” (56 xal), “Sampdoriya” (55 xal) və “Breşiya” (51 xal) mübarizəni ələmə mərhələsinin 1/4 finalından başlayacaqlar.

Ələmə oyunları mayın 17-də “Palermo” – “Sampdoriya” oyunu ilə başlayacaq və bu mərhələdə “Katandzaro” və “Breşiya” üzləşəcəklər. Birinci cütün qalibi daha sonra “Venesiya”, ikincisi cütün qalibi isə “Kremoneze” ilə yarımfianlda qarşılaşacaq. Yarımfinalın qalibləri A Seriyasına yüksələcəklər.

“Askoli”, “FeralpiSalo” və “Lekko” isə B Seriyasından C Seriyasına yuvarlanıblar. “Ternana” və “Bari”ni isə B Seriyasında qalmaq üçün C Seriyasının təmsilçiləri ilə ələmə oyunları gözləyir.

Sesk Fabreqasın tarixi uğuru

Vurğulayaq ki, “Komo”nun baş məşqçisi ispan mütəxəssis Sesk Fabreqasdır. Futbolçu ikən “Arsenal”, “Barselona”, “Çelsi” və “Monako”da çıxış etmiş Fabreqas karyerasının qürubunda “Komo”da top qovub və burada da məskunlaşaraq, məşqçilk karyerasına başlayıb. Hazırda Fabreqas müvafiq sənədləri olmadığına görə rəsmi olaraq köməkçisi vəzifəsini daşıyır, amma “Komo”nu birbaşa çalışdırır.

“Komo”nun baş direktoru isə “Çelsi”nin digər keçmiş futbolçusu Dennis Uayzdır. Həmçinin klubun səhmdarlarından biri və İdarə Heyətinin üzvü məşhur sabiq fransalı hücumçu, “Monako”, “Arsenal” və “Barselona”da çıxışları ilə məşhur, hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan Tyerri Anridir. Anri və Uayz cümə günü “Cüzeppe Siniqalya” stadionunun tribunalarında olublar və “Komo”nun tarixi uğuruna canlı şahidlik ediblər.

Klubun müvəqqəti rəhbəri Osian Roberts isə İtaliyanın yüksək liqasına yüksəlmiş ilk uelsli olub.

Beləliklə, son iyirmi ildə iki dəfə müflis olmuş Lombardiya təmsilçisi 6 mövsümdə 3-cü yüksəliş əldə etdikdən sonra 2003-cü ildən bəri ilk dəfə İtaliya A Seriyasında oynayacaq.

Seçilən
78
1

1Mənbələr

Şərh ()
Bağla