AZ

Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Son 24 saat ərzində Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Silahlı Qüvvələrinin “Şimal” qruplaşması Xarkov vilayətinin Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya və Strelyaçya, eləcə də Ukraynanın Donetsk vilayətinin Keramik qəsəbəsini nəzarətə götürüb.

Bildirilib ki, Rusiya ordusu 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin silah anbarına, pilotsuz uçuş aparatlarının istehsal edildiyi müəssisəyə və “Patriot” hava hücumundan müdafiə sistemi diviziyasına zərbələr endirib.

Seçilən
126
18
1

1Mənbələr

Şərh ()
Bağla