AZ

Qərbin ən böyük QORXUSU: Rusiya-ÇİN əməkdaşlığı bu alternativi seçir

 

“Rusiya və Çin Qərbi zəiflətməyi hədəfləyən alternativ dünya qurur”.

Yenicag.az xəbər verir ki, bunu xarici mediaya açıqlamasında Qərb-Rusiya rəqabətindən danışan iqtisadiyyat üzrə fəlsəfə doktoru Toni Norfild deyib.

Onun sözlərinə görə, Moskva və Pekinin birgə fəaliyyəti nəticəsində yaradılan sistem bütün iştirakçılara əməkdaşlıq imkanları verməklə yanaşı, qarşılıqlı hörməti özündə ehtiva edir.

“Bu isə mahiyyət etibarı ilə Qərbin gücünün zəifləməsi deməkdir. Lakin Moskva və Pekinin sözügedən kursu anti-Qərb strategiyası kimi qiymətləndirilə bilməz. Onların əsas məqsədi daha ədalətli, həmçinin sözdə deyil, əməldə çoxqütblü dünya yaratmaqdır. Ancaq təbiidir ki, Qərb ölkələrinin bu əməkdaşlıq haqqında fikirləri heç də müsbət deyil”, – deyə Norfild qeyd edib.

Nəsimi Ələsgərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
yenicag.az

1Mənbələr