AZ

BARKAN yerüstü döyüş robotunun silah nomenklaturası genişləndirilir

“Unirobotics” şirkətinin “Trakon Lite” uzaqdan idarə olunan silah sistemi HAVELSAN şirkətinin BARKAN yerüstü döyüş robotuna inteqrasiya edilib.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, inteqrasiya işlərindən sonra BARKAN yeni uzaqdan idarə olunan silah sistemi ilə qapalı və açıq ərazilərdə uğurla sınaqdan keçirilib.

Aşağı profilli, yüngül çəkili və çox yönlü silah stansiyası olan “Trakon Lite” əsasən 12.7 mm-lik pulemyot və ya 40 mm avtomatik qumbaraatan ilə silahlandırılır. “Trakon Lite” həmçinin hüquq-mühafizə orqanlarının ehtiyaclarına uyğun olaraq 5.56 mm-lik və ya 7.62 mm-lik pulemyotlarla da silahlandırıla bilər.

“Trakon Lite”nin yığcam ölçülü olması onun yerüstü döyüş robotlarından tutmuş zirehli maşınlara, əsas döyüş tanklarına qədər istənilən quru nəqliyyat vasitəsinə asanlıqla quraşdırılmasına imkan verir. Bundan başqa, ölçüləri sayəsində “Trakon Lite” silah sisteminin kiçik, sürətli və çevik hücum / patrul katerlərinə, xüsusi əməliyyat gəmilərinə və insansız katerlərə quraşdırılması mümkündür.

HAVELSAN şirkətinin BARKAN robotu həm döyüş, həm də kəşfiyyat və müşahidə üçün təyin edilib. O, birinci səviyyə və orta sinif döyüş robotlarına aiddir. Kütləsi təxminən 500 kq olan BARKAN dörd dayaq vərdənəli tırtıllı şassi ilə təchiz edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
1
poliqon.az

2Mənbələr