AZ

Ermənistanın silahlanması onlar üçün yaxşı nəticə vəd etmir - Ekspert

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı. Trend:

İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanın sürətləsilahlandığını müşahidə edirik.

Bu fikirləri Trend-ə açıqlamasında hərbi ekspert Azər Bayramovdeyib.

Hərbi ekspertin sözlərinə görə, havadarları Ermənistanı maksimumsilahlandırmağa çalışır.

"Burada Fransanı xüsusilə qeyd etməliyik. Ermənistansilahlanmayla bağlı bütün norma və prinsipləri pozur. Biz bunuİkinci Qarabağ Müharibəsində də müşahidə etdik. Bu da Ermənistanınregionda ciddi təhdid törətdiyinin əyani sübutudur. Ermənistan yenəmaksimum dərəcədə silahlanmaya gedərsə, bu gələcəkdə bizim üçüntəhdid törədir. Ermənistanın bəzi ölkələrlə hərbi-sənaye sektorundaəməkdaşlığı ilk növbədə silah tədarükünü özündə ehtiva edir.Hazırda məğlub ölkə silahlanma ilə məşğuldur", - o deyib.

Ekspert qeyd edib ki, bunun qarşısının alınması üçün də bütünzəruri tədbirlər həyata keçiriləcək.

"Ermənistanı silahlandıran ölkələr bunu müdafiə silahlarıadlandırırlar. Lakin bu absurddur. Əsas da Fransa Cənubi Qafqazda,o cümlədən Azərbaycanla Ermənistan arasında sülhün olmasınıistəmir.

Ermənistan tərəfinin bu silahlardan gələcəkdə təxribat üçünistifadə etməyəcəyinə heç kim zəmanət vermir. Biz bundan öncə dəbelə hadisələrin dəfələrlə şahidi olmuşuq ki, arsenalında olansilahlardan bizə qarşı istifadə edib. Hətta mülki aviasiyamızaqarşı edilən təxribatların da şahidi olmuşuq. Ermənistanınsilahlanması onlar üçün heç bir yaxşı nəticə vəd etmir. Onlarınsilahlanması heç bir halda özlərini ağır nəticələrdən xilasetməyəcək. Azərbaycan tərəfi onların aldığı silah-sursatı, hərbitexnikası barədə məlumatlıdır. Və hər hansı təhlükə yarandığı zamanAzərbaycan tərəfi bütün zəruri tədbirləri həyata keçirəcək. Bununnəticələrindən yalnız Ermənistan və onun havadarlarınınhərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyacaq", - deyə o qeydedib.

Seçilən
103
1

1Mənbələr

Şərh ()
Bağla