AZ

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov ehtiyata buraxılıb

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirovun hərbi xidmətdə olmağının son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılması ilə bağlı müvafiq Sərəncam imzalayıb.

“Poliqon” xəbər verir ki, Sərəncam mayın 11-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən iclasda Ramiz Tahirova çatdırılıb.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə HHQ komandanı və şəxsi heyəti dəfələrlə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə müxtəlif mükafat və medallara layiq görülüb.

Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycan Ordusunda uzunmüddətli qüsursuz xidməti, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətinə görə general-leytenant R.Tahirova təşəkkür edib və ona gələcək həyatında uğurlar arzulayıb.

General-leytenant R.Tahirov isə öz növbəsində xidmət etdiyi müddət ərzində göstərilən etimada görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə edərək bundan sonra da fəaliyyətlərində dövlətçilik ənənələrinə sadiq qalacağını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
220
24
poliqon.az

7Mənbələr