AZ

Kubarsi yeni müqavilə imzaladı - “Bu, mənim uşaqlıq arzum idi”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Pau Kubarsi “Barselona” ilə yeni müqavilə bağlayıb.

Klub bu xəbəri sosial şəbəkə hesablarında açıqlayıb. Yeni müqavilənin müddəti 2027-ci ildə bitəcək. Həmin vaxta qədər Kubarsini “Barsa”dan qoparmaq istəyən klub 500 milyon avro ödəməlidi.

Gənc mərkəz müdafiəçisi bu mövsüm Xavinin komandasının əsas heyətində özünə yer edib. Artıq 18 oyun keçirməyə imkan tapan Kubarsi soyuqqanlı oyunu, uzun ötürmələri və topalma bacarığı ilə futbolsevərləri heyran edir. 17 yaşlı müdafiəçi müqavilə müddətini uzatmasıyla bağlı bunları deyib:
“Çox-çox xoşbəxtəm! Bu, mənim uşaqlıq arzum idi. “Barselona” ilə müqavilə müddətini uzatmaq başıma gələ biləsi ən yaxşı hadisədi, buna görə qeyri-adi dərəcədə sevinirəm. Həqiqət ondan ibarətdi ki, həmişə futbol oynamaq, bundan məmnunluq duymaq istəmişəm. İllər ötdükcə bunu daha aydın hiss edirəm. Bu işdə çox xoşbəxtəm. Bu klubun mənə və komanda yoldaşlarıma – Mark Giyuya, Ektor Forta oynamaq imkanı qazandırmasına görə sevinirəm. Bu şansdan ən yaxşı şəkildə yararlanmağa, meydanda özümü yaxşı tərəfdən göstərməyə və daha çox oyun vaxtı qazanmağa çalışıram. İndi əsas vəzifəm özüm kimi qalmaq, məşqlərdə, oyunlarda gücümü qoymaq və inkişafımı davam etdirməkdi”.


“Barsa”nın prezidenti Xuan Laporta imzalama mərasimində Pauya klubun üzvlük biletini də təqdim edib.
Seçilən
69
1

1Mənbələr

Şərh ()
Bağla