AZ

“Mahir Zaqreb klubunu tərk etmək istəsə, heç kim ona mane olmayacaq”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Mahir Emreli Zaqreb “Dinamo”sunu tərk edə bilər. Msport.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məllumat yayıb.

“Emrelinin “Dinamo” ilə 2026-cı ilədək müqaviləsi var. O, qışda aldığı zədədən təxminən bir aydır ki, sağalıb və artıq komanda ilə məşqlərə çıxır.  Lakin hücumçunun adı hələ də oyunların iştirak ərizəsinə salınmır.  Baş məşqçi Sergey Yakiroviç heyəti müəyyənləşdirib və aydındır ki, burada Mahirə yer yoxdur.

“Dinamo” əməkhaqqısı yüksən olan və kluba yetərincə xeyir verməyən futbolçulardan qurtulmaq istəyir. Sözsüz ki, Emreli də onlardan biridir. Əgər o, Zaqreb klubunu tərk etmək istəsə, heç kim ona mane olmayacaq. O, “Dinamo”da 45 oyun keçirib və 10 qol vurub. Emreli Zaqreb komandasını gücləndirə bilmədi”.

Seçilən
82
1
1

1Mənbələr

Şərh ()
Bağla