AZ

Rusiya Ukraynanın hərbi texnikasını vurdu

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov NATO ölkələrinin Ukraynaya göndərdiyi 155 mm-lik M777 zirehli texnikasının məhv edildiyini bildirib.

"Cehe.info" xəbər verir ki, bu barədə Konaşenkov açıqlama yayıb:

"NATO ölkələri tərəfindən Ukraynaya verilən xarici silahların, o cümlədən 155 mm-lik M777 “Msta-S” özüyeriyən haubitsa və canlı qüvvəsi məhv edilib”.

Qeyd edək ki, Qərb ölkələrinin Ukraynaya silah göndərməsi Rusiya ilə NATO arasında böyük gərginliyə səbəb olur. Nəhayət, NATO-nun Baş katibi Yens Stoltenberq alyans üzvlərinin Ukraynaya ağır silahlar və uzaqmənzilli sistemlər verməyə davam edəcəklərini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
22
cebheinfo.az

10Mənbələr