AZ

Bayden dostu ilə düşmənini qarışdırdı

ABŞ Prezidenti Co Bayden yenə nitqində yanlışlığa yol verib. O, Şimali Koreya lideri Kim Çen Inı Cənubi Koreyanın prezidenti adlandırıb.

Bu barədə Ağ Evin jurnalistləri xəbər veriblər.

Bidirilib ki, hadisə dövlət başçısının Kaliforniyada seçki kampaniyası üçün pul toplama tədbirində baş verib.

ABŞ lideri çıxışı zamanı bildirib ki, ölkənin sabiq lideri Donald Tramp “Cənubi Koreya prezidenti Kim Çen Inın sevgi məktubları” ilə fəxr edir.

O, həmçinin Trampın ABŞ neft kampaniyalarının rəhbərlərindən seçki kampaniyası üçün bir milyard dollar məbləğində ianə istəməsi ilə bağlı mediada yayılan xəbərləri şərh edərkən özünə xaç çəkib və bununla da hər kəsi təəccübləndirib.

Mənbə: TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
4
oxu.az

5Mənbələr