AZ

Millidə baş məşqçi postu Arif Əsədov üçün də müəmmalıdır: “Danışığımız olmayıb”

“Əgər AFFA millini iyundakı oyunlara mənim çıxarmağımı istəsə, bu belə də olacaq. Lakin hazırda bununla bağlı konkret nəsə deyilməyib”.

Bunu İdman.bizə futbol üzrə Azərbaycan millisinin məşqçisi Arıf Əsədov deyib.

Mayın 13-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Toplantıda milli komandanın baş məşqçi postu ilə bağlı məsələ müzakirə olunmayacaq. Bu isə Arif Əsədovun Macarıstanda keçiriləcək təlim-məşq toplanışında yenidən müvəqqəti baş məşqçi funksiyasını yerinə yetirəcəyini gündəmə gətirir.

Təcrübəli mütəxəssisin sözlərinə görə, bununla bağlı onunla heç bir söhbət olmayıb: “FIFA series – Edition 2024” layihəsi çərçivəsində baş tutan son matçlarda da eyni durum idi. Yəqin ki, gələn həftə keçiriləcək iclasda hər şey bilinəcək. Mən öz işimi görürəm. Oyunlarda iştirak edib, üzərimə düşəni edirəm. Bu mövzu ilə bağlı məlumatım yoxdur və heç bir danışığımız olmayıb”.

Qeyd edək ki, millimiz Macarıstandakı təlim-məşq toplanışı çərçivəsində iyunun 7-də Albaniya, 4 gün sonra Qazaxıstanla qarşılaşacaq.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
idman.biz

1Mənbələr