AZ

ABŞ NASAMS və “Patriot” ZRK-lər üçün Ukraynaya əlavə raketlər verəcək

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 400 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

“Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni hərbi yardım paketi hava hücumundan müdafiə sistemlərini, artilleriya sursatlarını, tank əleyhinə silahları və digər avadanlıqları əhatə edir.

Hərbi yardım paketinə daxildir:

  • NASAMS və “Patriot” zenit-raket kompleksləri (ZRK) üçün əlavə raketlər;
  • “Stinger” daşınan zenit-raket kompleksləri (DZRK) üçün əlavə raketlər;
  • HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə raketlər;
  • Qərb istehsalı buraxılış qurğularını, raketləri və radarları Ukrayna sistemləri ilə inteqrasiya etmək üçün avadanlıq;
  • 155 və 105 mm-lik artilleriya mərmiləri;
  • “Bradley” piyada döyüş maşınları (PDM);
  • M113 zirehli transportyor;
  • Minaya qarşı qorumalı (MRAP) nəqliyyat vasitələri;
  • TOW tank əleyhinə raketlər;
  • “Javelin” tank əleyhinə idarə olunan raket kompleksləri (TƏİRK);
  • AT4 tank əleyhinə qumbaraatanlar;
  • Yüksək sürətli radiasiya əleyhinə raketlər (HARMs);
  • Atıcı silahlar və atıcı silahlar üçün sursatlar;
  • Qumbaraatanlar üçün əlavə mərmilər;
  • Ehtiyat hissələr, təlim sursatları, texniki xidmət, tibbi avadanlıqlar və s.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
233
25
poliqon.az

10Mənbələr