AZ

Fransız sürücü Sennanın şərəfinə dəbilqə hazırlatdırdı

Gələn həftə Formula 1 üzrə Emiliya-Romanya qran-prisi baş tutacaq. Məhz bu avtodromda 30 il əvvəl braziliyalı pilot Ayrton Senna qəzada həyatını itirib. Bu səbəbdən də qran-pri zamanı komandalar və pilotlar onun xatirəsini canlandırmaq qərarına gəliblər.

“Alpin” komandasının pilotu Pyer Qasli Sennanın şərəfinə İmolada xüsusi dəbilqədə çıxış edəcək. O bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

“Senna Formula 1 tarixinin ən güclü pilotlarındandır. Balaca olarkən onu izləyib ilham alırdım. Uşaqlıqda məhz ona bənzəməyə can atırdım. Xoşbəxtlikdən keçən həftə onun idarə etdiyi maşını sürmək də mənə nəsib oldu”, – deyə Qasli qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
futbolinfo.az

1Mənbələr