AZ

İbrahim Tatlısəs Bakıya əlil arabasında GƏLDİ - FOTO

Türk sənət musiqisinin “imperatoru” İbrahim Tatlısəs uzun illərdən sonra Azərbaycana gəlib.

Bizim.Media xəbər verir ki, Bakıya gələn 72 yaşlı sənətkar Heydər Əliyev Hava Limanında görüntülənib.

Diqqət çəkən məqam isə Tatlısəsin əlil arabasında olması olub. Müğənni mühafizəçilərin köməyi ilə onu gözləyən avtomobilə doğru aparılıb.
Sənətkarın fotolarını aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov sosial şəbəkə hesabında paylaşıb.

İbrahim Tatlısəsin Bakıya səfəri yeni açılmış restoranda çıxış edəcəyi ilə əlaqədardı.





Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
bizim.media

2Mənbələr