AZ

Polşa-Belarus sərhədində fortifikasiya qurğuları quraşdırılır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Polşa Belarusla sərhəddə fortifikasiya qurğularının inşasına başlayıb.

APA-nın “Interia” İnformasiya Agentliyinə istinadən xəbərinə görə, bunu Polşanın baş naziri Donald Tusk bəyan edib.

O bildirib ki, ölkəsi bu layihənin maliyyələşdirilməsində Avropa İttifaqının da iştirakına ümid edir. D. Tuskun sözlərinə görə, ölkənin müdafiəsi üçün bütün zəruri addımlar atılacaq. Hökumət başçısı həmçinin Belarusun rəsmi Varşava əleyhinə siyasətini kəskin tənqid edib:

“Hazırda sərhəddəki gərgin vəziyyətə görə Belarus məsuliyyət daşıyır. Oradakı hakimiyyət miqrantların istismarı ilə məşğul olmaqla yanaşı, siyasətlə əlaqəsi olmayan şəxsləri siyasi mühacir kimi qeydiyyata alır və onlar sərhəd zonalarında yerləşdirilir. Bu faktor vətəndaşlarımızın təhlükəsizliyinə təhdid yaradır. Rusiya-Ukrayna müharibəsi sərhədlərdə təhlükəsizlik amilinə diqqət yetirməyi zəruri edir”.

Seçilən
158
7
1

1Mənbələr

Şərh ()
Bağla