AZ

Bu Avropa ölkələri Fələstinin müstəqilliyini tanıya bilər

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozef Borrel mayın 21-də İspaniya və İrlandiya da daxil olmaqla bəzi Aİ ölkələrinin Fələstin dövlətinin müstəqilliyini tanıyacağını açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, Josep Borrel İspaniyanın "RNE" radiosunun suallarını cavablandırarkən mayın 21-də bu ölkələrin Fələstini tanıyıb-tanımayacağı sualına “bəli” cavabını verib. 

Borel bildirib ki, bu, siyasi xarakterli rəmzi bir hərəkətdir. O, Belçika və bəzi digər Aİ üzvlərinin də eyni addımı ata biləcəyinə diqqət çəkib.

Qeyd edək ki, mart ayında İspaniyanın Baş naziri Pedro Sançes Yaxın Şərqdə daimi sülh üçün iki dövlət modelini vacib hesab edən İspaniya və İrlandiyanın, eləcə də Malta və Sloveniyanın Fələstin dövlətinin tanınması istiqamətində ilk addımı atmağa razılaşdıqlarını açıqlamışdı. 

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares öz açıqlamasında tanınma qərarının alındığını bildirsə də dəqiq tarix söyləməyib. 

Sloveniyanın Baş naziri Robert Qolob bu həftə verdiyi açıqlamada ölkəsinin iyunun ortalarında Fələstin dövlətini tanıya biləcəyinə diqqət çəkib. 

İrlandiyanın ictimai yayımı “RTE News” həmçinin, Fələstin dövlətinin müstəqilliyini kollektiv şəkildə tanınması ilə bağlı İrlandiya və İspaniya, eləcə də Sloveniya və Malta arasında əlaqələrin intensivləşdiyini xəbər verir.

İsrail iddia edir ki, Fələstin dövlətini tanınması terrorçuluğu mükafatlandıracaq və bu addım Qəzzada münaqişəyə son qoymaq üçün aparılan danışıqlara zərbə vuracaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
cebheinfo.az

1Mənbələr