AZ

Şuşada mədəni proqram təşkil edilib - FOTOLAR

Bu gün Şuşa şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ICESCO-nun birgə təşkilatçılığı ilə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı – 2024” ilinin rəsmi açılış mərasimi keçiriləcək.

Tehsil.biz xəbər verir ki, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Təntənəli mərasim Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına uyğun olaraq gerçəkləcək.

Mayın 10-da mərasim qonaqları Şuşa şəhərinə gəliblər. Həmin gün qonaqlar üçün Şuşada mədəni proqram təşkil edilib.

Əvvəlcə Şuşa haqqında videoçarx nümayiş etdirilib.

Daha sonra konsert proqramı təqdim olunub.

Qonaqlar Azərbaycanın xalq və bəstəkar mahnıları nümunələrindən ibarət olan proqramı maraqla izləyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
tehsil.biz

1Mənbələr