AZ

Aİ üzvləri Ukraynaya təhlükəsizlik zəmanəti barədə razılığa gəliblər


Avropa İttifaqı Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi layihəsini razılaşdırıb və Brüssel hazırda Kiyevlə bunu müzakirə edir. Bu barədə "Welt am Sonntag" qəzeti əlində olan sənədə istinadən xəbər verir.

Qəzetin yazdığına görə, bu yaxınlarda Aİ-nin 27 ölkəsinin səfirləri “məxfi” olaraq təyin olunan 11 səhifəlik mətnlə bağlı razılığa gəliblər. Brüssel iyulun əvvəlindən gec olmayaraq zəmanət vermək niyyətindədir. Onların təsiri Kiyev Aİ və NATO-ya daxil olana qədər davam edəcək.

“Avropa İttifaqı və onun Üzv Dövlətləri hərbi və mülki yardım, humanitar, maliyyə, ticarət və iqtisadi dəstək, köçkünlərin yerləşdirilməsi, islahatlara dəstək, yenidənqurma işləri ilə Ukraynanın ani və uzunmüddətli təhlükəsizliyinin və dayanıqlığının təmin edilməsinə həlledici töhfə verir,”- deyə qəzet sənəddən sitat gətirir.

Nəşr qeyd edir ki, “təcavüz baş verərsə, Avropa İttifaqı və Ukrayna 24 saat ərzində Ukraynanın ehtiyacları ilə bağlı məsləhətləşmələr aparmaq niyyətindədir”. Qəzetin vurğuladığı kimi, Brüssel bununla da Avropa qüvvələrinin Ukraynadakı münaqişəyə müdaxiləsini istisna edib, lakin silah tədarükü və hərbi kadrların hazırlanması, təhlükəsizlik sektorunda islahatların aparılmasına və ölkənin minalardan təmizlənməsinə köməklik göstərilməsi, habelə hibrid hücumlara qarşı mübarizədə əməkdaşlığa söz verib, təhdidlər və kiberhücumlarla bağlı yardımlar davam edəcək..

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
50
oxumeni.az

10Mənbələr