AZ

Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Mayın 11-də Şuşada Heydər Əliyev Fondu və ICESCO arasındaəməkdaşlığa dair memorandum imzalanıb.

Trend xəbər verir ki,memorandum mədəniyyət, elm və təhsil, yeni texnologiyalarıninkişafı sahəsində təcrübə mübadiləsi, eyni zamanda birgəlayihələrin icra olunmasını nəzərdə tutur.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər ƏliyevFondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun başdirektoru Səlim bin Məhəmməd Əl-Malikin görüşündə ikitərəfliəməkdaşlıq, ICESCO ilə Fond arasında ötən müddət ərzində mövcudəlaqələr müzakirə edilib.

Fondun prezidenti Mehriban xanım Əliyevanın ICESCO-nun xöşməramlısəfiri kimi sivilizasiyaların yaxınlaşması, mədəniyyətlərarasıdialoq üzrə fəaliyyəti və xidmətləri vurğulanıb.

Görüşdə Fond tərəfindən təhsil və mədəniyyətin inkişafına,Azərbaycanla yanaşı, digər ölkələrdə humanitar sahədəki layihələri,xalqlar və dinlərarası yaxınlaşmaya yönələn fəaliyyət qeyd olunub.İmzalanan memorandumun əməkdaşlığın gələcək uğuruna zəminyaradacağı bildirilib.

2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı seçilən ŞuşadaHeydər Əliyev Fondunun işğaldan sonra tarixi dini və mədəniabidələrin qorunması, bərpası istiqamətində qısa müddətdə apardığıişlərin mədəni-tarixi irsin yaşadılması baxımından əhəmiyyəti qeydolunub. Bu sahədə də ICESCO ilə əməkdaşlıq müzakirə edilib.

Daha sonra ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-MalikŞuşada tarixi-dini abidələri ziyarət edib, burada işğal zamanıtörədilmiş erməni vandalizminə dair faktlarla tanış olub.

Xatırladaq ki, Azərbaycan 1991-ci ildən 50-dən çox müsəlmandövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitarqurum olan ICESCO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bumünasibətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın24 noyabr 2006-cı il tarixində ICESCO-nun xoşməramlı səfiri adınalayiq görülməsi ilə daha da genişlənib. Təşkilat Azərbaycandakeçirilən bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirakedir. Eyni zamanda Birinci xanımın rəhbərlik etdiyi Heydər ƏliyevFondu ilə İSESCO arasında səmərəli əməkdaşlıq qurulub.

Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
47
az.trend.az

10Mənbələr