AZ

Ölüm xəbəri yayılan Murad Muradovla bağlı həkimindən açıqlama

Ötən gün yazıçı Murad Muradovun vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.

Yazıçının dostları sosial şəbəkə hesablarında onun sağ olduğunu, nəfəsinin gəldiyini yazaraq, izləyicilərindən dualarını əskik etməmələrini istəyiblər.

Qeyd edək ki, Muradın vəfatıyla bağlı yazar İlham Əziz məlumat yayıb.

Report-a istinadən xəbər verilir ki, Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinin reanimatoloqu Paşa Məmmədov bildirib ki, gənc yazarın həyatda qalmaq şansı olmasa da, hələ ki, sağdır.

O qeyd edib ki, M.Muradovun vəziyyəti son dərəcədə ağırdır, koma 3-dür:

"Beyin ölümü baş verib, lakin hələ ki, ürək vurur. O, süni nəfəs aparatına bağlıdır".

Mənbə: qaynarinfo.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
qaynarinfo.az

1Mənbələr