AZ

Urfan kapitan sarğısını Asifə niyə vermədi? - SƏBƏB

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Səbail”lə dramatik axarda keçən oyunun sonunda “Qəbələ” futbolçuları Kaxaber Sxadadzenin rəhbərliyi altında ilk rəsmi qələbəsini qazandı.

Üç penaltinin verildiyi qarşılaşmada hər iki komanda yüksək gərginlik içindəydi. Oyunun son dəqiqələrində “dənizçilər” bərabərlik qolunu vurmaq üçün mübarizə aparırdısa, tempi daha aşağı salmağa çalışdığı üçün əvəzetmələr edən “qırmızı-qaralar” son nəticədə istəyinə nail oldu.

“Qəbələ”nin əvəzetmələrindən biri maraq doğurdu. Belə ki, oyuna start heyətində başlayan və kapitan sarğısını daşıyan Urfan Abbasov sonradan meydana çıxan əsas kapitan Asif Məmmədova sarğını vermədi. Adətən, belə hallarda sarğı komandanın 1-ci kapitanına təklif olunur. Urfanın bu hərəkətinə reaksiyasını öyrənmək üçün Asiflə əlaqə saxladıq:

“Heç bir çaşqınlıq yoxdu. Ona özüm demişdim. Əsas odu ki, oyunu qələbəylə başa vurduq”.


KAMAL SƏFƏR
Seçilən
77
1

1Mənbələr

Şərh ()
Bağla