AZ

Yunis Məmmədov - Şirvan Şəhər Mərkəzi Xəstəxanasının oftalmoloqu 

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Yunis Məmmədovdan bəhs edəcəyik.
 
Məmmədov Yunis Yusif oğlu 10 sentyabr 1984-cü ildə Mingəçevir şəhərində anadan olub. 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil alıb. 2008-2009-cu illərdə Zərdab Rayon Mərkəzi Xəstəxanasında internatura keçib.
 
2009-2011-ci illərdə Rusiya Federasiyasında oftalmologiya üzrə ixtisaslaşma kursunu bitirib.
 
O, 2014-cü ildə Şirvan Müalicə Diaqnostika Mərkəzinin Konsultativ Poliklinika şöbəsində həkim-oftalmoloq vəzifəsində çalışıb. 2023-cü ildən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-oftalmoloq işləyir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
aztibb.az

1Mənbələr