AZ

QHT-lərimiz Keniyada BMT konfransında

Keniyada BMT-nin Vətən­daş Cəmiyyəti Konfransın­da iştirak edən Azər­baycan QHT təmsilçiləri təbii fəlakət nəticəsində həyatını itirmiş insanların xatirəsinə təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər.

COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva vurğulayıb ki, Keniyada baş vermiş iqlim hadisəsi qlobal iqlim dəyişmələrinin fəsadları­nı aydın şəkildə nümayiş etdirir. Ekologiya və Təbii Sərvətlər Na­zirliyi yanında İctimai Şuranın sədri, “Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədr müavini Amin Məmmə­dov qeyd edib ki, Azərbaycanda 2024-cü “Yaşıl Dünya Naminə Həmrəylik ili”dir, bu aksiyada iş­tirak Azərbaycanın həm də yaşıl dünya üçün qlobal mübarizəsinin bir rəmzi kimi qəbul oluna bilər.

“Minalar Əleyhinə Azərbay­can Kampaniyası" İctimai Birliyi­nin sədr müavini Roza Səfixanlı, Gənclər Təşkilatları Milli Şura­sının sədri Rəfael Hacıbəyli təh­lükəsiz dünyanın hamı üçün vacib olduğunu diqqətə çatdırıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
xalqqazeti.az

1Mənbələr