AZ

Azərbaycan–Türkiyə biznes marşrutlarına “yaşıl işıq!”

Xəbər verildiyi kimi, Baş nazir Əli Əsədovun qardaş Türkiyəyə səfəri çərçivəsində mayın 8-də Ankara şəhərində Azərbaycan–Türkiyə Biznes Forumu keçirilib. 

Tədbirin açılış mərasimində çıxış edən Baş nazir Əli Əsədov Azərbaycanla Türkiyənin dostluğu və qardaşlığı sayə­sində birgə həyata keçirilən layihələrin regionun inkişafında və Avropa ilə Asiya arasında enerji və kommunikasiya dəhli­zinin yaradılmasında böyük rol oynadığı­nı diqqətə çatdırıb. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum boru kəmərləri, TANAP, Bakı–Tbilisi–Qars layihələrinin Türkiyə ilə Azərbaycanın birgə uğurlu fəaliyyətinin nəticəsi kimi dəyərləndirən Baş nazirin sözlərinə görə, mayın 25-də açılacaq Bakı-Tbilisi-Qars dəmir yolunda yükdaşımaların həcmi artırılacaq. 

Qeyd olunub ki, ikitərəfli formatda hə­yata keçirilən layihələrə qarşılıqlı olaraq milyardlarla dollar həcmində sərmayələr qoyulub. “Bu gün biz münasibətlərimizə uzunmüddətli və strateji yanaşmalarla baxırıq. Həm Azərbaycan, həm də Tür­kiyə hökumətləri bütün sahələrdə əmək­daşlıq üçün birgə fəaliyyətlərə hazırdır­lar”, – deyə o əlavə edib.

Baş nazir son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları sərmaye qoyulduğunu, bunun da 200 milyard dollarının qeyri-neft sektronun payına düşdüyünü diqqətə çatdırıb. Azərbaycanda cəlbedici investisiya mü­hitinin formalaşdırıldığını bildirən Baş na­zir deyib ki, ölkəmizdə xarici investorların maraqları, qoyulan vəsaitlər dövlət tərə­findən qorunur. Türkiyə şirkətlərinin də ölkəmizdə yaradılmış əlverişli biznes mü­htindən faydalandığını vurğulayan Baş nazir deyib ki, hazırda Azərbaycanda 4 mindən çox Türkiyə şirkəti aktiv şəkildə fəaliyyət göstərir. 

Qeyd olunub ki, Azərbaycanın işğal­dan azad olunmuş ərazilərində Türkiyə şirkətləri də yaxından iştirak edirlər. Ha­zırda qardaş ölkənin 20-dən çox şirkəti­nin həmin ərazilərdə 50-yə yaxın layihə icra etdiyini bildirən Əli Əsədovun sözlə­rinə görə, həmin layihələrin ümumi dəyə­ri 4 milyard ABŞ dolları təşkil edir. “Eyni zamanda, Türkiyədə Azərbaycan şirkət­ləri müxtəlif sahələrdə iş qurub və qardaş ölkənin iqtisadiyyatına öz töhfəsini verib”, – deyə Baş nazir bildirib. 

İki ölkə arasında qarşılıqlı investisi­yaların həcminin artmaqda davam et­diyini diqqətə çatdıran hökumət rəhbəri deyib ki, Türkiyə indiyədək Azərbaycana 16 milyard ABŞ dollardan artıq sərmayə yatırıb. Öz Azərbaycanın qardaş ölkəyə qoyduğu sərmayenin həcmi isə 20 mil­yard ABŞ dollarından artıq olub. 

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz biznes forumunda çıxışı zamanı ölkələrimiz arasında sərbəst ticarətin tə­min edilməsi istiqamətində həyata keçi­rilən tədbirlərdən bəhs edib. İki ölkə ara­sında güzəştli ticarətlə bərabər sərbəst ticarətin təmin edilməsi məqsədilə mü­zakirələr aparıldığını bildirən C.Yılmaz hazırda Türkiyədə 3 minə yaxın Azər­baycan şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Eyni zamanda, bildirilib ki, Türkiyənin podratçı şirkətləri ölkəmizin işğaldan azad edilmiş əraziləri də daxil olmaqla indiyədək 19,3 milyard ABŞ dol­ları dəyərində 526 layihəni öz üzərinə götürüb. “Hansı ölkədə olmasından ası­lı olmayaraq podratçı şirkətlərimizin bu işlərin öhdəsindən gələcəyinə inanırıq. İşğaldan azad edilən ərazilərin yenidən qurulmasında türk özəl sektorunun kənd təsərrüfatından turizmə qədər önəmli rol oynayacağına inanırıq”, – deyə vitse-pre­zident əlavə edib. 

Yeri gəlmişkən, Azərbaycanla Tür­kiyə hökuməti arasında imzalanan Prefe­rensial Ticarət Sazişinə əsasən, iki ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri 2021-ci ilin mart ayının 1-dən illik tarif kvotası çərçivəsində müəyyən olunmuş mallar üzrə güzəştlərdən yarar­lanmaq imkanı qazanıb.

Forumda, həmçinin Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissi­yanın 11-ci iclasında müzakirə olunan məsələlər, qəbul edilən sənədlərin əhə­miyyəti barədə ətraflı söhbət açılıb. Tür­kiyənin vitse-prezidenti komissiyanın iclasında qəbul olunmuş 120 maddəlik fəaliyyət planının iki ölkənin iş adamla­rı arasında əməkdaşlığı, ticarəti geniş­ləndirəcəyinə ümid etdiyini vurğulayıb. Hökumətlərarası komissiyanın iclasında ölkələrimiz arasında ticarəti asanlaşdır­maqdan ötrü gömrük və logistika fəaliy­yətlərini sadələşdirmək üçün razılıq əldə edildiyini diqqətə çatdıran C.Yılmaz de­yib ki, ən qısa zamanda sadələşdirilmiş gömrük əlaqələri üçün səylər gücləndi­riləcək. 

Ölkəmizin qeyri-neft sektorunun in­kişafına verdiyi önəmi təqdir edən vit­se-prezident deyib ki, Azərbaycan sahib olduğu təbii sərvətləri dəyərləndirir, bura­dan əldə etdiyi maliyyə imkanlarını qey­ri-neft sektorunun genişləndirilməsinə sərf edir. O, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində özəl sektorun müs­bət rol oynayacağına, Türkiyə və Azər­baycan arasındakı qarşılıqlı əlaqələrin bölgəmizə və Türk dünyasına da nümunə olacağına, eləcə də Cənubi Qafqazda sülhün bərpasında birgə fəaliyyətin regi­onal rifahın artacağına ümidvar olduğunu bildirib. 

Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkənin hö­kumətlərinin bundan sonra da biznes da­irələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirilib. 

Forumda Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu, Azər­baycan Respublikasının İxracın və İnves­tisiyaların Təşviqi Agentliyinin (AZPRO­MO) icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi­nin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov çıxış ediblər. Biznes Forum çərçivəsində, həmçinin Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər də keçirilib. 

Eyni zamanda, Azərbaycan Türkiyə ilə kiçik və orta biznesin (KOB) sahəsin­də əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalanıb. Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnki­şafı Agentliyi (KOBİA) və Türkiyənin Xa­rici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) nəzdində Türkiyə–Azərbaycan Biznes Şurası arasında əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu iki ölkə arasında idxal və ixracın inkişafı ilə bağlı qarşılıqlı məlumat mübadiləsi, investisiya və sənaye layihələri barədə işgüzar da­irələrin məlumatlandırılması sahəsində əməkdaşlıq, birgə tədbirlərin təşkili kimi məsələləri özündə əks etdirir.

Digər sənəd isə İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRİC) arasında im­zalanıb. Həmin sənəddə tərəflər arasın­da əməkdaşlığın gücləndirilməsi, hər iki ölkənin KOB sahəsində əlaqələrinin inki­şafı üçün müvafiq tədbirlərin, o cümlədən məlumat və təcrübə mübadiləsinin, sahi­bkarlıq sahəsində təlim proqramlarının reallaşdırılması, birgə layihələrin icrası kimi məsələlər nəzərdə tutulur. 

M.YAQUBZADƏ
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
xalqqazeti.az

1Mənbələr