AZ

İran İraqda iç üzünü ortaya qoydu - İraq Hizbullahı "İnkişaf Yolu"ndan narahatdır

Bakı. TurkicWorld:

İranın İraqdakı proksi gücü olan İraq Hizbullahı hökumətin Körfəzdən Türkiyəyə yük daşımaq üçün üzərində çalışdığı strateji yol layihəsini sərt şəkildə tənqid edib.

Silahlı qrupun sözçüsü Əbu Əli əl-Əskəri X platformasındakı paylaşımında “İnkişaf Yolu” layihəsini şübhə altına alıb və “Bu yol hələ də bizim üçün narahatlıq mənbəyidir. Hökumətdən istədiyimiz şey icradan əvvəl şübhələri aradan qaldırmaq üçün sübutlar təqdim etsin” deyə yazıb.

Qeyd edək ki, İraq hökuməti Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirməyə başladığını və Bağdad kimi şəhərlərin marşrut üçün sahə planlarını təsdiqlədiyini bildirir.

Keçən aprel ayında Baş nazir Məhəmməd Şia əl-Sudani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər ilə İnkişaf Yolu layihəsinin həyata keçirilməsində əməkdaşlıq etmək üçün dördtərəfli anlaşma memorandumunun imzalanmasında iştirak ediblər.

İranyönlü qrupun sözçüsü İraq hökumətini “ABŞ qüvvələrinin ölkədən çıxarılmasına ciddi yanaşmadığına” görə tənqid edib. Əl-Əskəri "Amerikalıları İraq hökumətindən uzaqlaşdırmaq üçün lazım olan ciddiliyi görmədik " deyib.

Baş naziri Sudani isə dünən (çərşənbə günü) ABŞ Dövlət Departamentinin müşaviri Özra Ziya ilə iki ölkə arasındakı strateji razılaşma ilə bağlı amerikalılarla danışıqlarını davam etdirib. Sudani ofisindən verilən açıqlamada Ziyanın ötən ilin aprelində Vaşinqtona son səfəri zamanı imzalanan onlarla müqaviləni müzakirə etdiyi bildirilib.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
turkic.world

1Mənbələr