AZ

BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayırıq

Bakı. TurkicWorld:

BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayırıq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayımlayıb.

“Biz BMT Baş Assambleyasının Fələstinə BMT-nin işində daha geniş hüquq və imtiyazlarla iştirak etməsinə imkan verəcək qərarını alqışlayırıq.” – deyə bəyanatda qeyd edilib.

Qeyd edilib ki, bu qərar beynəlxalq ictimaiyyətin böyük əksəriyyətinin Fələstin xalqının öz dövləti hüququna və iki dövlətli həll yoluna güclü dəstəyini bir daha nümayiş etdirdi.

“Bu münasibətlə bütün beynəlxalq ictimaiyyəti İsrailin Qəzzada vəhşiliyini dayandırmaq və Fələstin dövlətini tanımaq üçün konkret addımlar atmağa çağırırıq.” – deyə bəyanatda bildirilib.

Xatırladaq ki, BMT Baş Assambleyası Fələstinin BMT-yə üzvlüyünün BMT Təhlükəsizlik Şurasında yenidən müzakirə edilməsini və müşahidəçi statusuna malik Fələstinə bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsini qəbul edib.

Qeyd edək ki, qanun layihəsinə 143 “hə” səsi verilib.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
217
1
turkic.world

2Mənbələr