AZ

"Qarabağ" "Zirə" ilə matça itkilərlə çıxacaq

Premyer Liqanın 34-cü turunun "Zirə" ilə oyunu öncəsi "Qarabağ"da itkilər var.

Sportal.az xəbər verir ki, Ağdam klubunun aparıcı futbolçuları Yassin Benzia və Andrey Lunyov bu gün keçiriləcək matçın hazırlığı zamanı zədələniblər.

Əzələsində problem yaranan Benzianın iki həftə, Lunyovun isə bir həftəyə yaxın komandaya kömək edə bilməyəcəyi gözlənilir. Rusiyalı qapıçının Premyer Liqanın son turunda meydama çıxacağı da istisna edilmir.

Toral Bayramovla Marko Veşoviç isə ötən turda “Neftçi”yə qarşı görüşdə zədələniblər. Monteneqrolunun mövsümü büşa vurmaq təhlükəsi var. Onun durumu ilə bağlı yekun qərar təkrar müayinələrdən sonra veriləcək. Qabırğasında çat olan Bayramovun müalicəsi isə uğurla yekunlaşıb. Onun “Zirə” ilə görüşdə meydana çıxıb-çıxmaması məşqçilər korpusunun qərarından asılıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
2
sportal.az

3Mənbələr