AZ

Putin Kadırovun qardaşı oğlunu mükafatlandırdı

Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu Xamzat Kadırovu “İgidliyə görə” ordeni ilə təltif edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov bildirib.

Onun sözlərinə görə, Xamzat Kadırov mütəmadi olaraq döyüş bölgəsinə səfər edir.

“Xüsusi hərbi əməliyyat başlayandan mənim əziz qardaşım oğlu çeçen döyüşçülərinə dəstək verməkdə fəal iştirak edib. O, mütəmadi olaraq cəbhə bölgələrinə səfər edir, yerlərdə vəziyyətlə tanış olur, tapşırıqların səmərəli icrası üçün oğlanlarımızı lazım olan hər şeylə təmin edir”, - deyə Adam Delimxanov teleqram kanalında yazıb .

Çeçenistan parlamentinin sədri Maqomed Daudov bildirib ki, Ramzan Kadırov mükafatı mayın 9-da Xamzat Kadırova təqdim edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
18
unikal.az

10Mənbələr