AZ

Kiyevdə küçələrin işıqlandırılması minimuma endirilir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Kiyevdə elektrik enerjisinin olmaması səbəbindən küçələrin işıqlandırılmasının parlaqlığı azalacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Kiyev şəhər hərbi administrasiyasının press-relizinə istinadən məlumat yayıb.

Sənədə əsasən, axşam saatlarında küçələrin işıqlandırılmasından istifadənin azaldılması barədə qərar qəbul edilib. Ancaq bütün işıqların tamamilə söndürülməsi planlaşdırılmır.

Həmçinin qeyd olunur ki, yaranmış vəziyyətlə əlaqədar “Ukrenerqo” şirkəti saat 18:00-dan axşam saat 24:00-dək sənaye müəssisələri və biznes müəssisələrinin enerji təchizatında müvəqqəti məhdudiyyətlər tətbiq etməyə məcburdur. Administrasiya nümayəndələri paytaxt sakinlərini enerjiyə qənaət etməyə və işıq resurslarından istifadədə daha qənaətcil olmağa çağırır.

Seçilən
72
1

1Mənbələr

Şərh ()
Bağla