AZ

“Onu bizdən kimsə alması mümkün deyil” - "Atalanta"nın prezidenti

"Atalanta"nın prezidenti Antonio Percassi komandanın baş məşqçisi Can Piero Qasperini ilə mümkün müqavilənin uzadılması barədə danışıb. 

90deqiqe.Az xəbər verir ki, funksioner, hazırda 66 yaşlı çalışdırıcı ilə bununla bağlı planlarının olmadığını bildirib.

“Müqaviləmizin bitməsinə daha bir il qalıb. Kiminsə gəlib əlimizdən alması istisnadır. Əgər getmək istəsə, onunla təəssüflə danışarıq. Hazırda biz Qasperini ilə müqaviləyə yeni dəyişikliklər etməyi düşünmürük”, – Calcio Finanza Percassi-dən sitat gətirir.

Mütəxəssislə hazırkı müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, daha əvvəl İtaliyanın top-klublarından mütəxəssislə maraqlansa da, “Atalanta”nın Qasperinini saxlamaq niyyətində olduğu bildirilirdi.

Gian Piero Gasperini 2016-cı ildən "Atalanta"da çalışır. O, daha əvvəl A Seriyasında “Cenoa”, “Palermo” və “İnter”ə rəhbərlik edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
90deqiqe.az

1Mənbələr