AZ

COVID özündən sonra hansı xəstəliklərə səbəb olur?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ABŞ-ın Kaliforniya Universiteti və Böyük Britaniyanın Lids Universitetinin alimləri səpgilər, artrit və əzələ ağrısı ilə müşayiət olunan yeni növ post-Covid sindromunu müəyyən ediblər.

"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri "The Lancet"də dərc olunub.

Alimlər əvvəllər COVID-19 olan 60 dermatomiyozit əlamətləri ilə pasiyentləri müayinə ediblər. Bu, immunitet sisteminin bədənin öz hüceyrələrinə zərər verdiyi, zolaqlı əzələlərin iltihabına səbəb olan kifayət qədər nadir, mütərəqqi otoimmün xəstəlikdir. Bu patologiyanın digər simptomları arasında səpgi və artrit (ağrı və məhdud hərəkətliliklə müşayiət olunan oynaqların iltihabı) var.

Əlavə tədqiqat dermatomiyozit və COVID-19 arasında əlaqə olduğunu ortaya qoyub.

Müəyyən olunub COVID-19 bədəndə uzunmüddətli, aşağı intensivlikli iltihabı təhrik edir və arzuolunmaz immun reaksiyalara səbəb olur. Bunu iştirakçıların qanında interleykin-15 (iltihab molekulu) səviyyəsinin artması sübut edib. 

Post-Covid sindromunun klassik əlamətləri nevroloji (o cümlədən koqnitiv) pozğunluqlar, yorğunluq, tənəffüs və ürək-damar sistemində problemlər, saç tökülməsi, apatiya, nəfəs darlığı və diqqət problemləridir. Tədqiqatçıların fikrincə, dəri və ağciyər zədələri post-Covid sindromunun yeni, daha təhlükəli növü hesab edilə bilər. Alimlər ümid edirlər ki, bu kəşf bu mürəkkəb patologiyanın effektiv müalicəsinin işlənib hazırlanmasında ilk addım olacaq.

Seçilən
139
8
1

1Mənbələr

Şərh ()
Bağla