AZ

İsrail nümayəndəsi BMT Nizamnaməsini cırdı – VİDEO

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Baş Assambleyada çıxışı zamanı təşkilatın Nizamnaməsini cırıb.

KONKRET.az xəbər verir ki, buna səbəb Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünün yenidən müzakirə edilməsi və müşahidəçi üzvə əlavə hüquqların verilməsini tələb edən qətnamənin səsə qoyulması olub.

“Siz dağıdıcı səsinizlə BMT Nizamnaməsinə belə yanaşırsınız. Siz BMT Nizamnaməsini öz əllərinizlə parça-parça edirsiniz”, – deyə o, zalda əyləşənlərə səslənib.

Qətnamə layihəsi BMT-yə üzv ölkələrdən geniş dəstək alıb və Baş Assambleya tərəfindən qəbul edilib. Sənədi 143 ölkə, o cümlədən Rusiya dəstəkləyib. İsraildən başqa Argentina, Macarıstan, Mikroneziya, Nauru, Palau, Papua Yeni Qvineya, ABŞ və Çexiya da əleyhinə səs verib. Avstriya, Albaniya, Bolqarıstan, Kanada, Latviya, Litva, Hollandiya, Rumıniya, Şimali Makedoniya və İsveç də daxil olmaqla 25 ölkə səsvermədə bitərəf qalıb.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
konkret.az

1Mənbələr