AZ

"Real Madrid" Mbappe transferini bu tarixdə açıqlayacaq

Kilian Mbappenin PSJ klubundan ayrılacağını rəsmən açıqlamasının ardından oyunçunun "Real Madrid"ə mümkün transferinin detalları bəlli olub. 

Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, fransız forvard və "Kral klubu" arasında müqavilə 2024-cü ilin fevral ayından bəri imzalanıb. "Real Madrid" klubu rəsmi transferi Çempionlar Liqası finalından sonra elan edəcək. 

Madrid təmsilçisi iyunun 1-də "Borussiya" klubu ilə ÇL finalında üz-üzə gələcək. 

Qeyd edək ki, ulduz hücumçu "Real Madrid"lə 2022-ci ildə irəli sürülən məvacib təklifindən daha aşağı məbləğə transferə razılıq verib. 

Təqlər: , ,
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
offsideplus.az

1Mənbələr