AZ

Mbappe PSJ-dən ayrılıb



Fransanın Paris Saint-Germain (PSJ) komandasında çıxış edən 25 yaşlı Kilian Mbappe mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Paris Saint-Germain-də çıxış edən Kilian Mbappe şəxsi sosial media hesabından video paylaşıb.

Mbappe mövsümün sonunda Paris Saint-Germain-dən ayrılacağını açıqlayaraq, "PSJ-dəki macəram sona çatmaq üzrədir. Macəramız bir neçə həftəyə sona çatacaq. Son matçımı Parc Des Princes-də oynayacam. Bazar günü Fransanı tərk etmək də çox çətindir, amma mənə yeni bir macəra lazımdır." "Bundan sonra PSJ-ni yaxından izləməyə davam edəcəyəm, çünki bu klubu sevirəm, hər zaman ürəyimdə olacaqsan" dedi .

Digər tərəfdən 6 mövsümdür PSJ-də çıxış edən 25 yaşlı futbolçunun yeni dayanacağının Real Madrid olacağı gözlənilir.

Mbappedən 255 qol, 108 məhsuldar ötürmə
Paris Saint-Germain 2018-ci ildə 180 milyon avroya "Monako"dan Kilian Mbappeni heyətinə qatıb. 25 yaşlı futbolçu ötən müddətdə 306 dəfə PSJ-nin formasını geyinib. Mbappe 306 matçda 255 qol vurub və 108 məhsuldar ötürmə edib.

Ulduz futbolçu PSJ ilə 6 Fransa Liqa çempionluğu, 3 Fransa Superkuboku, 3 Fransa Kuboku və 2 Fransa Liqa Kuboku olmaqla ümumilikdə 14 kubok qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla