AZ

Cənubi Afrikada binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Cənubi Afrika Respublikasının cənub-qərbində Corc şəhərində tikilməkdə olan çoxmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli hökumətin sözçüsü Anton Bredell məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə 40 nəfər xilas edilib, daha 39 nəfər itkin düşmüş hesab edilir.

Səlahiyyətlilər daha əvvəl altı nəfərin öldüyünü açıqlamışdı. Xilasedicilər qəza yerində işlərini davam etdirirlər.

Mayın 6-da şəhərin mərkəzi hissəsində tikilməkdə olan çoxmərtəbəli bina uçub. Hadisə zamanı binada inşaatçılar olub. Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa həlak olanların ailələrinə başsağlığı verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
4
report.az

5Mənbələr