AZ

Mbappe gələcəyi ilə bağlı açıqlama verib

Fransalı hücumçu "PSJ" Kilian Mbappe gələcəyi ilə bağlı rəsmi açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, Parislilərin sosial şəbəkələrində hücumçunun sözlərini əks etdirən video yayımlanıb. 

"Hamıya salam, bu Kiliandır. Mən həmişə demişəm ki, doğru məqam gələndə gələcəyimi açıqlayacağam. Bu, PSJ-dəki son mövsümüm idi, müqavilə yenilənməyəcək və macəra yaxın bir neçə həftə ərzində bitəcək. Bazar günü Parc des Princes-də son matçım olacaq.

İlk növbədə, bütün komanda yoldaşlarıma, bütün məşqçilərə təşəkkür etmək istəyirəm: Emeri, Tuxel, Poçettino, Qaltye və Luis Enrike. İdman direktorları Leonardo və Luisa Campuscia həmişə məni müşayiət etdikləri üçün. Bilirəm ki, klubdan etibarlı əllərdə ayrılıram.

Çətindir, çətindi və mən Fransadan və Liqa 1-dən ayrılacağımı elan etməyin bu qədər çətin olacağını düşünməzdim. Amma mənə yeddi ildən sonra yeni çağırış lazımdır. Bilirəm ki, ən nümayişkaranə oyunçu deyiləm, amma yeddi il ərzində mənə göstərdikləri sevgiyə görə azarkeşlərə təşəkkür edirəm. PSJ heç kəsi laqeyd qoymayan klubdur, ya onu sevirsən, ya da nifrət edirsən. Heç nəyə peşman deyiləm, bu, həyatım boyu xatırlayacağım klubdur. Artıq burada oynamayacağam, amma hər oyunu izləməyə davam edəcəm. Əlimdən gələni etdim, yaşadığım bütün duyğulara görə həyata minnətdaram."

Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 46 matçda iştirak edib, 43 qol vurub və 10 məhsuldar ötürmə edib. Daha əvvəl Mbappenin növbəti klubunun "Real Madrid" olacağı barədə ilkin müqavilə imzalanıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla