AZ

Azərbaycan Dəmir Yolları işçi axtarır - VAKANSİYA

Azərbaycan Dəmir Yolları

İnsan resursları əməliyyatları üzrə mütəxəssis

 Son tarix 19 may 2024 - Müraciət et

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin həyata keçirilməsi; 
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qorunmasının təmin edilməsi; 
  • İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) işlənilməsi; 
  • İllik ştat cədvəli layihəsininin təhlil olunaraq işlənilməsi və aidiyyəti üzrə təqdim edilməsi; 
  • İnsan resursları sahəsinə dair sənədlərin arxiv işinin aparılması, hazırda çalışan və sabiq işçilərə əmək fəaliyyəti ilə bağlı arayışların verilməsi;
  • Kadr əməliyyatlarına dair görülən işlərlə bağlı müvafiq hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office (sərbəst);
  • AR Əmək məcəlləsini və aidiyyəti qanunvericilikləri yaxşı bilməli; 
  • Dövlət orqanlarında kargüzarlığın aparılmasına dair təlimatlardan anlayışlı olmalı.

İş haqqında:

  • İş saatları: 09:00 – 18:00 (5/7);
  • İş yeri: Bakı şəh, Biləcəri qəs, Şimal küç, 3

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər 18.05.2024-cü il tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla