AZ

“Ukrayna ilk F-16 qırıcılarını iyun-iyul aylarında alacaq” – “Reuters”


“İlk F-16 qırıcıları iyun və ya iyul aylarında Ukraynaya gətiriləcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” Kiyevdəki hərbi mənbəyə istinadən məlumat yayıb.
Mənbə təyyarəni hansı ölkənin tədarük edəcəyini dəqiqləşdirməyib. Bundan əvvəl Danimarka, Hollandiya, Norveç və Belçika F-16-ları Kiyevə göndərməyə söz verib.
Nəşr qeyd edir ki, Rusiya ordusunun Xarkov vilayətinə hücumu kontekstində F-16-ların tədarükü Ukrayna Hərbi Hava Qüvvələri üçün vacib olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
7
Mənbələr
Şərh ()
Bağla