AZ

İlk finalçı “Sabah” oldu

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin növbəti yarımfinal oyunu baş tutub.

Msport.az xəbər verir ki, “Xırdalan” və “Sabah” komandaları seriyanın 2-ci matçına çıxıblar.

Görüşün əvvələrində bərabər şəkildə davam edən mübarizə yekunda “Sabah” klubunun 81:62 hesablı qələbəsi ilə bitib. Bu nəticə ilə seriyada 2:0 hesabı ilə irəli çıxan bakılılar ilk finalçı olub.

Ən məhsuldar basketbolçular: “Xırdalan”dan Cessi Gi (15 xal, 5 ribaund), “Sabah”dan isə Maykl Holton (22 xal, 4 ribaund) olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
8
Mənbələr
Şərh ()
Bağla