AZ

"Neftçi"nin məşqçisi: Oyun iki fərqli hissələrdən ibarət oldu

Oyun iki fərqli hissələrdən ibarət oldu.

"Report"un məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XXXIV turunda keçirilən "Neftçi" - "Kəpəz" qarşılaşmasından sonra meydan sahiblərinin məşqçisi Saşa Petroviç deyib.

Mütəxəssis Gəncə klubu üzərində qazanılan böyükhesablı qələbəni şərh edib.

"İlk hissə bizim üçün yaxşı, ikinci yarı isə daha əla alındı. Düşünürəm ki, “Neftçi” futbolçuları əsl xarakter nümayiş etdirdilər. Ağadadaş Salyanski və Brayan Moreno qolları xüsusi ilə sevindiricidir. Bu, komandamızın gələcəyi üçün faydalıdır", - deyə S.Petroviç bildirib.

Qeyd edək ki, "Neftçi" - "Kəpəz" matçı 5:1 hesabı ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
2
Mənbələr
Şərh ()
Bağla