AZ

Finlandiya Prezidenti: Ukraynada sülhə gedən yeganə yol döyüş meydanından keçir

“Ukraynada sülhə gedən yeganə yol döyüş meydanından keçir”.

“Report” xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib.

Finlandiya Prezidenti xatırladıb ki, ölkəsi Kiyevə 3 milyard avro məbləğində hərbi dəstək verib.

Digər tərəfdaşların Ukrayna üçün kifayət qədər iş görüb-görməmələri ilə bağlı sualı cavablandıran Aleksandr Stubb deyib: “Avropa bacardığı qədər kömək edir. Həmişə bir az gecikirik və dişlərimizi ora-bura qıcayırıq, amma bunu edirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
7
Mənbələr
Şərh ()
Bağla