AZ

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Belqrad, 10 may, AZƏRTAC

Azərbaycan Serbiyadakı səfirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Belqradda tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Belqradda fəaliyyət göstərən Azərbaycan-Serbiya dostluq cəmiyyətinin və “AzVirt” şirkətinin nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə Belqrad şəhərindəki “Taşmaydan” parkında Ümummilli Liderin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, abidənin önünə əklil qoyub, gül dəstələri düzüblər.

Ötən il Belqradda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 100 çinar ağacı əkilmiş “Dostluq parkı”, həmçinin Ümummilli Liderin Azərbaycanın Serbiyadakı səfirliyinin həyətindəki büstü də ziyarət olunub.

Tədbirdə çıxış edən səfir Kamil Xasiyev görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin xilasında, möhkəmləndirilməsində, sabitliyin bərqərar olunmasında xidmətlərindən və dövlət quruculuğu istiqamətində islahatların əsasını qoymasından bəhs edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
Mənbələr
Şərh ()
Bağla