AZ

Azərbaycanda şoumenin ölüm xəbəri yayıldı – YENİLƏNİB + FOTO

Yaxınları 38 yaşlı şoumen Murad Muradovun ölüm xəbərini təkzib edib.

Onlar qeyd ediblər ki, Muradın vəziyyəti ağır olsa da sağdır:

“Ürəyi döyünür. Ona dua edək, bəlkə aramıza qayıdar”.

19:46

Qubada şoumen vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib.

Bildirilib ki, məclislərdə şoumen kimi çıxış edən Murad Muradov üç gün öncə insult keçirib və komaya düşüb. Həkimlər vəziyyətinin ağır olduğunu bildirsələr də, ailəsi artıq halının yaxşıya doğru irəlilədiyini qeyd edib.

Lakin o, bu gün axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Murad Muradov həm də yazıçı idi.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
3
Mənbələr
Şərh ()
Bağla