AZ

BMT Baş Assambleyası Fələstinlə bağlı qətnamə qəbul edib

BMT

Uzun sürən mübahisə və müzakirələrdən sonra BMT Baş Assambleyası Fələstin dövlətini təşkilatın tamhüquqlu üzvü kimi tanınmasını tələb edən qətnamə qəbul edib. Bununla bağlı qərarı isə BMT Təhlükəsizlik Şurası verməlidir.

Reyting.az
-ın xəbərinə görə, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.

BMT Baş Assambleyasından bildiriblər ki, Fələstin dövlətinin təşkilata tamhüquqlu üzv olmaq hüququnu tanıyan qətnamə lehinə bir çox ölkələr səs verib. Səsvermə zamanı məlum olub ki, 143 dövlət lehinə, 9 dövlət əleyhinə (ABŞ və İsrail də daxil olmaqla) səs verib, daha 25 dövlət bitərəf qalıb.

Qətnamədə BMT Təhlükəsizlik Şurasını Fələstinin təşkilata tamhüquqlu üzv kimi daxil olmasına dəstək verməyə çağırır.

BMT Baş Assambleyasının qəbul etdiyi sənəd həm də Fələstinə qanun çərçivəsində bir sıra prosedur hüquqlar verir. Yəni bu dövlət özünü Yaxın Şərq mövzularında keçirilən görüşlərdə çıxış edənlər siyahısına daxil edib, düzəlişlər təklif edə və yaxud da bir qrup ölkə adından prosedur təkliflər verə biləcək. Bundan əlavə də Fələstin dövləti Baş Assambleyanın iclas zalında daim yer alacaq.

Qeyd edək ki, hazırda Fələstin BMT-də müşahidəçi dövlət statusundadır. Fələstin dövləti bu statusu 2012-ci ildə alıb.

Oqtay QORÇU

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
15
Mənbələr
Şərh ()
Bağla